13 C
Baku
Saturday, April 27, 2024

Fitch Türkiyənin kredit reytinqini aşağı saldı

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Türkiyənin kredit reytinqini “BB-”dən “B+”a endirib.

Bu barədə reytinq agentliyi məlumat yayıb.

Agentlik Türkiyənin kredit reytinqi üzrə proqnozu isə “mənfi” olaraq təsdiqləyib.

Hesabatda həmçinin bildirilir ki, Türkiyə hökumətinin qorunan valyuta depozitləri, hədəflənən kredit və kapital axını tədbirləri də daxil olmaqla inflyasiyanın azaldılmasına yönəlmiş siyasətinin makroiqtisadi və maliyyə sabitliyi risklərini davamlı şəkildə azaldacağı gözlənilir.

“Bu ilin sonuna Türkiyədə inflyasiya 38 %, orta illik inflyasiya isə 41 %, gələn il 28 % olacağını gözləyirik”, – agentlik qeyd edib.

Ötən il Türkiyədə istehlak qiymətlərin artımı 36,08 % təşkil edib.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər