13 C
Baku
Saturday, November 23, 2024

“Fitch” Türkiyənin reytinq üzrə proqnozunu azaldıb

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Türkiyənin xarici valyutada emitentin uzunmüddətli defolt reytinqini “BB-” səviyyəsində təsdiqləyib, lakin reytinq üzrə proqnozu “stabil”dən “mənfi”yə endirib.

“Fitch”in verdiyi məlumata görə, Türkiyənin reytinqi yüksək maliyyə tələbləri və geosiyasi risklər fonunda pul siyasətinin aşağı etibarlılığını, yüksək inflyasiyanı və aşağı xarici likvidliyi əks etdirir.

“Mərkəzi Bank tərəfindən monetar siyasətin vaxtından əvvəl yumşaldılması və 2023-cü il prezident seçkiləri ərəfəsində faiz dərəcələrinin və əlavə iqtisadi stimulların daha da azaldılması perspektivi daxili inamın pisləşməsinə gətirib çıxarıb ki, bu da türk lirəsinin kəskin ucuzlaşması, o cümlədən misli görünməmiş gündaxili volatillik və artan inflyasiyada əks olundu”, – “Fitch”in hesabatında deyilir.

Agentliyin proqnozlarına görə, Türkiyədə inflyasiya 2021-ci ilin sonuna kimi 25%, 2022-2023-cü illərdə isə ortalama 20% təşkil edəcək ki, bu da agentlik tərəfindən qiymətləndirilən ölkələr arasında ən yüksək göstəricilərdən sayılır. Bundan əlavə, ölkənin ümumi dövlət borcunun əhəmiyyətli dərəcədə artaraq ÜDM-in 47%-nə çatacağını proqnozlaşdırılır və bunun əsas səbəbi kimi lirənin ucuzlaşması göstərilir. Borcun daha da artması Türkiyənin “Fitch” tərəfindən reytinqinin azaldılması gətirib çıxara bilər.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər