9 C
Baku
Friday, December 13, 2024

“Fitch” Ukraynanın reytinqini “defoltdan öncəki” səviyyəyə endirib

Beynəlxalq reytinq agentliyi “Fitch” Ukraynanın uzunmüddətli emitentin defolt reytinqini “CCC”dən “C”yə (defoltdan öncəki) endirib. Qərar Kiyevin dövlət borcu üzrə ödənişlərin iki il müddətinə təxirə salması və kreditorlarla danışıqlar aparmaq planları ilə bağlıdır.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Fitch” hesab edir ki, Ukrayna ərazisində hərbi əməliyyatların davam etməsi səbəbindən dövlət borcunun “daha geniş restrukturizasiyasına” ehtiyac olacaq. Agentlik onların 2023-cü ilə qədər davam edə biləcəyini və “danışıqlar yolu ilə həll perspektivlərinin zəif olduğunu” proqnozlaşdırır.

Agentliyin proqnozuna görə, ümumi dövlət borcu 2022-ci ildə 48 faiz bəndi artaraq ÜDM-in 92%-nə, 2023-cü ildə isə 103%-ə yüksələcək. “Fitch” 2022-ci ildə Ukrayna iqtisadiyyatının 33% azalacağını proqnozlaşdırır. 2023-cü ildə ÜDM artımının 4% olacağı gözlənilir. 2022-ci ilin sonuna qədər inflyasiya 30%-ə yüksələ bilər.

Xatırladaq ki, fevralın sonunda Rusiyanın hərbi əməliyyatlara başlamasından sonra Fitch Ukraynanın reytinqini “B”dən “CCC”ə endirib.

Son xəbərlər
Digər xəbərlər