“Fitch Ratings” Ukraynanın xarici valyutada uzunmüddətli defolt reytinqini (IDR) “RD” (məhdud defolt) səviyyəsinə endirib. Bu barədə agentliyin press-relizində deyilir.
Xatırladaq ki, iyulun sonunda Volodimir Zelenski Kiyevə xarici borc üzrə ödənişləri oktyabrın 1-dək dayandırmağa imkan verən qanunu imzalayıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ali Radanın maliyyə, vergi və gömrük siyasəti Komitəsinin üzvü Nina Yujanina Ukraynanın de-fakto olaraq artıq defolt vəziyyətində olduğunu bəyan edib.