18 C
Baku
Tuesday, November 11, 2025

“Fitch”in Azərbaycanı krizisdən çıxara biləcək rəqəmi: 66 dollar…

Bu proqnozlar “Fitch” beynəlxalq reytinq agentliyinin hesabatında açıqlanıb. Açıqlamada neft hasil edən ölkələrin dövlət büdcələrinin balanslaşdırılması üçün neftin qiymətinin nə qədər olmasını müəyyənləşdirib.
 
 
Agentlik hazırladığı siyahıda neftin orta qiymətini 52,5 dollardan götürüb. “Fitch”in müəyyənləşdirdiyi qiymət daha çox Küveytlə Qətərə sərf edib. Belə ki, neftin qiymətinin 51-52 dollar arasında dəyişməsi bu ölkələrə öz xərclərini qarşılamağa imkan verir. Hazırda ən pis situasiya Nigeriyadadır. Öz büdcəsini balanslaşdırmaqdan ötrü Nigeriya neftini 139 dollara satmalıdır.
 
 
“Fitch”in dövlətlərin büdcəsində defisit yaranmaması ilə əlaqədar olaraq hər ölkə üçün müəyyənləşdirdiyi neft qiymətlər isə belədir: “Nigeriya – 139 dollar, Anqola – 84 dollar, Oman – 82 dollar, Səudiyyə Ərəbistanı – 75 dollar, Rusiya – 74 dollar, Qazaxıstan – 72 dollar, Qabon – 71 dollar, Azərbaycan – 66 dollar, İraq – 66 dollar, Birləşmiş Ərəb Əmirlikləri – 61 dollar, Konqo – 60 dollar, Qətər – 52 dollar, Bəhreyn – 51 dollar, Küveyt – 45 dollar.
 
 
İqtisadçının fikrincə, qiymətlər 66 dollar həddinə qalxanadək hasilat indikindən 2 milyon ton az olacaq və bu səbəbdən gəlirlərdə ciddi artım olmayacaq: “Biz 2019-cu ildə neftin qiymətinin 65 dollar olacağını gözləsək, o zaman hasilat 2016-cı ilə müqayisədə 2 milyon ton azalacaq. Neftin qiyməti 10 dollar qalxsa da, hasilat 2 milyon ton azalacaq. Bu 15 min bareldən artıq neft deməkdir. Bu isə dövlət Neft Fonduna gələn vəsaitin azalması deməkdir. Əgər 2016-cı ildə Azəri-Çıraq-Günəşli-dən 5,1 milyard dollar, ümumilikdə isə 5,8 milyard dollar gəlir əldə edilmişdisə, 2019-cu ildə də 6 milyard olar. Hər hansı böyük dəyişiklik baş vermir. Neft qiymətinin artması baş versə də, hasilatın azalması hesabına neftin gələn qazancın artmasına gətirib çıxartmır.
 
 
İ.Şabanın sözlərinə görə, neftin hazırki qiyməti ilə bu ilin büdcəsində defisit yaranmayacaq: “ Çünki büdcədə neftin qiyməti 40 dollar götürülüb. Bu il üçün neftin orta ixrac qiyməti 50 dollardan yuxarı proqnoz edilir. 40 dollarla 50 dollar arasında 20 faiz fərq var və o yaranacaq defisiti örtməyə kifayət edir. Lakin pul kütləsinin azalmasını da nəzərə almaq lazımdır. Bu ilin birinci rübündə ötən ilin birinci rübü ilə müqayisədə pul kütləsi 7,5 faiz azalıb. Azərbaycanda pul kütləsinin maksimum həddi 2014-cü ilin iyul ayında olub, 11, 44 milyard manat. İndi isə 7 milyard manatdan bir qədər artıqdır. Fərq isə təxminən 4 milyarddır. Görün nə qədər pul kütləsi azalıb. Bu nə deməkdir? İnsanların ölkə daxilində alış-veriş imkanı azalıb. İstər hüquqi şəxsin, istərsə də fiziki şəxsin hesabında pul olmalıdır ki, o alış -veriş etsin. Bu mənada defisitin heç bir əhəmiyyəti yoxdur. Problem odur ki, getdikcə pul kütləsi azalır”.
Son xəbərlər
Digər xəbərlər