Bu gün İsveçin paytaxtı Stokholmda 2018-ci il Nobel həftəsi çərçivəsində fizika üzrə mükafat təqdim olunub. Bu barədə Banker.az qurumun Tvitter hesabına istinadən yazır.
Bu il bu mükafatı amerikalı Artur Aşkin, Donna Strikland və fransalı Jerar Muru əldə edib. Onlar lazer fizikası sahəsində kəşflərə görə mükafata layiq görülüb. Donna Strikland fizika üzrə Nobel mükafatı almış 3-cü qadın olub.
Qeyd edək ki, oktyabrın 3-ü kimya üzrə Nobel mükafatı təqdim olunacaq. Oktyabrın 5-i isə Nobel sülh mükafatı sahibini tapacaq.
BREAKING NEWS⁰The Royal Swedish Academy of Sciences has decided to award the #NobelPrize in Physics 2018 “for groundbreaking inventions in the field of laser physics” with one half to Arthur Ashkin and the other half jointly to Gérard Mourou and Donna Strickland. pic.twitter.com/PK08SnUslK
— The Nobel Prize (@NobelPrize) October 2, 2018