3 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

Fiziki şəxslərin dövlət büdcəsinə ödədikləri gəlir vergisinin həcmi artıb

Azərbaycanda fiziki şəxslərin dövlət büdcəsinə ödədikləri gəlir vergisinin həcmi 2021-ci ilin ilk yanvar-oktyabr aylarında 967.8 mln. manat olub. Bu da ötən ilin müvafiq dövrünə nisbətdə 3.6% artım deməkdir. Sadələşdirilmiş vergidən isə dövlət büdcəsinə 262.8 mln. manat gəlir daxil olub ki, bu da analoji müqayisədə 4.5% azdır.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Cari ilin ilk 10 ayı ərzində cəmi olaraq dövlət büdcəsinə 20 312.3 mln. manat gəlir daxil olduğunu nəzərə alsaq fiziki şəxslərin gəlir vergisinin 4.76%-ə, sadələşdirilmiş verginin isə 1.29%-ə çatdığını müşahidə edərik. Öncəki ildə isə bu göstərici müvafiq olaraq 4.39% və 1.29% idi.

Hesabat dövründə fiziki şəxslərin ödədikləri gəlir vergisinin ÜDM-də payı 1.35%, sadələşdirilmiş verginin payı 0.37% təşkil edib, keçən ilin müvafiq dövründə isə bu göstəricilər müvafiq olaraq 1.6% və 0.47% olub.

Son xəbərlər
Oxşar xəbərlər