7 C
Baku
Thursday, December 12, 2024

Fiziki şəxs dövlət qurumundan qrant əldə edərsə, həmin məbləğdən gəlir vergisi ödəməlidir?

Təhsil Nazirliyinin keçirdiyi qrant müsabiqəsinin qalibi olan fiziki şəxsin hesabına pul köçürülüb. Həmin vəsaitdən gəlir vergisi və ya məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir?

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki,  Təhsil Nazirliyi tərəfindən ayrılan qrant qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilməklə tam məbləğdə təyinatı üzrə sərf edildiyi halda (daxil olan məbləğ tam xərcləndiyi halda hesabat ilində gəlir əldə edilmir) qrant müqaviləsi üzrə resipiyent olan şəxsin qrant vəsaitindən vergi öhdəliyinin yaranması Vergi Məcəlləsində nəzərdə tutulmayıb.

“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində məcburi dövlət sosial sığorta haqlarından azad olunan gəlir növləri sadalanıb və həmin maddənin 12-ci abzasında maddi yardımın sosial sığorta haqqından azad olunduğu göstərilib.

Qeyd olunanlara əsasən, qrant üzrə resipiyent olan fiziki şəxsin qrant layihəsi çərçivəsində ona ayrılan vəsaitə görə sosial sığorta haqqı və icbari tibbi sığorta haqqı ödəmək öhdəliyi yaranmır.

Son xəbərlər
Digər xəbərlər