2 C
Baku
Saturday, December 14, 2024

Fiziki şəxs evini və ya obyektini satarkən nə qədər vergi ödəməlidir?

Vergi Məcəlləsinin 198.1.1 –ci maddəsinə əsasən, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların sahəsinin hər kvadratmetrinə görə dərəcələr tətbiq olunur.

Dövlət Vergi Xidmətinə istinadla xəbər verilir ki, bina Bakı şəhərində yerləşdiyi halda, verginin məbləği həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə hesablanır. Belə ki, vətəndaş 3 il və ya daha çox müddətdə həmin ünvanda qeydiyyatdadırsa, bu zaman həmin əmlakın satışı üzrə vergidən azaddır.

Həmçinin qanunvericiliyə görə, vətəndaşın şəxsi mülkiyyətində olan yaşayış sahəsinin satışı zamanı bu şəxsin həmin ünvana qeydiyyatda olub-olmamasından asılı olmayaraq ümumi sahənin 30 kvadratmetrədək olan hissəsi vergidən azaddır.

Fiziki şəxsin əmlakı bağışlanma və ya vərəsəliklə digər ada keçdiyi halda da vergi hesablanmır. Lakin vətəndaş 5 ildən az müddətdə sahibi olduğu yaşayış sahəsini satarkən zonalara uyğun olaraq vergi hesablanır.

Məsələn, fiziki şəxs sahibi olduğu evi digər bir fiziki şəxsə satır. Sahəsi 100 kvadratmetr olan ev Bakı şəhərində 2-ci zonada yerləşir. Evi satan şəxs bu evdə 2 ildir qeydiyyatdadır. Bu hal üçün sadələşdirilmiş vergi aşağıdakı kimi hesablanır:

100 – 30 = 70 m2.

70 x 3 x 15 manat = 3 min 150 manat.

Vergi notarius tərəfindən hesablanır və bir bank günü ərzində dövlət büdcəsinə ödənilir. Notarius vasitəsilə aparılan əməliyyatlar üzrə verginin hesablanmasına və verginin dövlət büdcəsinə ödənilməsinə görə məsuliyyəti notariat orqanı daşıyır. Notarius vergini əməliyyat zamanı birbaşa satıcı tərəfdən tutur. Qeyri-yaşayış sahələri təqdim edilərkən də buna oxşar olaraq vergilər notarius tərəfindən hesablanır və tutulur.

Son xəbərlər
Digər xəbərlər