Azərbaycanda fiziki şəxslərə verilən kreditlərin orta faiz dərəcəsi qalxıb.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi statistika da bildirilir.
Bildirilir ki, 2023-cü ilin 1 iyun tarixinə fiziki şəxslərə verilən kreditlərin orta faiz dərəcəsi 16.1% təşkil edib. Bu son bir ayda 0.05 faiz bəndi, ilin əvvəlindən isə 0.06% artımdır.
Fiziki şəxslərdən cəlb edilən depozitlərin isə 0.03 faiz bəndi azalaraq 9.26%-ə düşüb.
Hüquqi şəxslərə verilən kreditlərin orta faizi 10.11%, onlardan cəlb edilən depozitlər isə 5.31% təşkil edib.