AFB Bank Fiziki Şəxslərə xidmət üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Fiziki Şəxslərə xidmət üzrə baş mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);
 - Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
 - Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;
 - Sahəyə aid olan qayda və normativləri bilmək;
 - Ünsiyyət qurmaq bacarıqları;
 - Azərbaycan və Rus dillərində səlis danışmaq bacarığı, İngilis dilini bilənlərə üstünlük verilir;
 - Ofis proqramlarından mükəmməl istifadə bacarığı;
 - Komandada işləmək bacarığı.
 
İŞİN TƏSVİRİ:
- Fiziki şəxslərə hesabların açılmasını, bu hesablar üzrə əməliyyatların aparılmasını təmin etmək;
 - Fiziki şəxslərə istehlak kredit məhsulları barədə məlumatlar vermək və istehlak kredit sifarişlərini qəbul edib kreditləri rəsmiləşdirilmək;
 - Ödəniş kartları sifariş etmək;
 - Müştəri xidmətləri üzrə aylıq/illik plan və tapşırıqlarını yerinə yetirmək;
 - Müştərilərin hesabları üzrə balans və balansarxası bütün növ aktiv və passiv əməliyyatların aparılmasına rəhbərlik və nəzarət etmək;
 - Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların icrasına nəzarət etmək;
 - Müştərilərə xidmət işinin təkmilləşdiriməsi və inkişafına dair təkliflər vermək.
 
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Fiziki şəxslərə xidmət üzrə baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.
Ərizə qəbulu üçün son tarix – 6 mart 2018-ci il.


                                    





