Azərbaycanda fiziki şəxslər 2023-cü ilin yanvar-iyul aylarında dövlət büdcəsinə gəlir vergisi ödənişini artırıblar.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilk 7 ayda fiziki şəxslər dövlət büdcəsinə 966.8 milyon manat ödəmişlər.
Bu da illik müqayisədə 131 milyon və ya 16% artımdır.
Bununla da, fiziki şəxslərin dövlət büdcəsinəki gəlirlərində payları 4.64 faizdən 5.2 faizə qədər artmış olub.
Qeyd edək ki, ilin ilk 7 ayında dövlət büdcəsinə 18 milyard 766.6 milyon manat vəsait daxil olub.