16 C
Baku
Friday, April 26, 2024

Fiziki şəxslərin depozitlərində dedollarizasiya davam edir – son 5 ilin minimumu

Azərbaycanda fiziki şəxslərin depozitlərində dedollarizasiya səviyyəsi 2015-ci ilin yanvarından bu tərəfə ən aşağı həddə enib.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, fiziki şəxslərin 8 milyard 379.9 milyon manat  depozitləri olmuşdur, bu da 1.2 faiz artım deməkdir.

Depozitlərin 4 milyard 179.61 milyon manatı milli valyutada, 4 milyard 200 milyon manatı isə xarici valyutada olmuşdur.

Fiziki şəxslərin vəsaitlərinin milli valyutada olan hissəsi 3.3%, xarici valyutada olan hissəsi isə 1.1% artmışdır.

Nəticədə fiziki şəxslərin depozit portfelində milli valyutada olan hissəsinin payı 49.34%-dən 49.88%-ə yüksəlmiş, xarici valyutada isə 50.66%-dən 50.12%-ə qədər yüksəlmişdir.

Bu isə 2015-ci ilin fevralında baş vermiş devalvasiyadan sonra ilk yaşanan hadisədir ki, yarı-yarıya yaxın olur. Qeyd edilən ilin yanvarında milli valyutada olan depozitlərin payı 60.05%, xarici valyutada isə 39.95% idi. Növbəti ayda milli valyutanın payı 37.66%-ə, xarici valyutada isə 62.34% təşkil etmişdi.

2015-ci ildə isə xarici valyutanın payı maksimum yeniləməklə 85.01%-ə yüksəlmişdi. 2017-ci ilin sentyabrından sonra isə dedollarizasiya davam etməkdədir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər