Azərbaycanda fiziki şəxslərin dövlət büdcəsinə ödədikləri gəlir vergisinin həcmi cari ilin ilk 7 ayında 689.89 milyon manat olub.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da 2020-ci illə müqayisədə 4.1% artım deməkdir.
2021-ci ilin yanvar-iyul ayları ərzində cəmi olaraq dövlət büdcəsinə 14 076.11 milyon manat gəlir daxil olduğunu nəzərə alsaq fiziki şəxslərin 4.9%-ə çatdığını müşahidə edərik. Fiziki şəxslərin gəlir vergisinin öncəki ildə payı isə 4.72% idi.