Fiziki şəxslərin banklardakı qısamüddətli əmanətlərinin həcmi 9 milyard manata yaxınlaşır, uzunmüddətli əmanətlərinin həcmi isə 2.5 milyard manatı ötüb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının 31.10.2022 tarixinə olan hesabatına istinadən xəbər verir.
Oktyabr ayında fiziki şəxslərin qısamüddətli əmanətləri 254.7 milyon manat və ya 3% artaraq 8 milyard 983.8 milyon manata çatıb. Bu göstərici ötən ilin 31 oktyabr tarixinə olan hesabatla müqayisədə 2 milyard 380.8 milyon manat və ya 36% çoxdur. Qısamüddətli əmanətlərin 62%-i milli valyutadadır.
Oktyabr ayında fiziki şəxslərin banklarda saxlanan uzunmüddətli əmanətləri isə 19.6 milyon manat və ya 0.8% artıb. Bu depozitlərin həcmi 2 milyard 516.2 milyon manat təşkil edir ki, onun da 58.9%-i milli valyutadadır. Ötən ilin 31 okyabrına olan göstəriciyə nisbətən uzunmüddətli depozitlərin həcmində 231.8 milyon manat və ya 10.1% artım olub.