MilliÖN Ödəmə Sistemində Ilk dəfə olaraq “Flexi Credi” MMC simasında lizinq şirkəti inteqrasiya edilmişdir. Flexi Credi, sayı 1600-dən çox olan MilliÖN ödəniş sistemi vasitəsi ilə əhaliyə lizinq ödənişlərinin həyata keçirilməsini təqdim edir.
Lizniq ödənilməsi üçün müştəri “Bank Xidmətləri” ni seçib, daha sonra “Flexi Credi” düyməsinə basmalıdır. Ödəyici Şəxsiyyət vəsiqəsinin müvafiq bölməsində yerləşən PİN kodu (nömrə) yığmalı, lazım olan məbləği daxil etməli və çeki almalıdır. Pul vəsaitlərinin köçürülməsi real vaxt rejimində həyata keçirilir. Pul vəsaitlərinin köçürülməsinə görə komissiya tutulmur.
Komtec Ltd-ə bildirdilər ki, “Flexi Credi MMC sistemdə təmsil olunan ilk lizinq şirkətidir.
Ümid edirik ki, yenilik istifadəçilərin ürəyincə olacaq. Maliyyə və bank ödənişlərinə xüsusi diqqətlə yanaşı digər ödənişlərin də sistemədə əks olunmasına ciddi önəm veririk.
Comments are closed.