27 C
Baku
Saturday, July 27, 2024

Florensiyada “Airbnb” xidmətindən istifadə qadağan edilib

İtaliyanın Florensiya şəhərində turizm məqsədilə qısamüddətli mənzil kirayəsi xidmətləri göstərən “Airbnb” şirkətinin fəaliyyəti qadağan olunub.

Bu barədə Florensiya Şəhər Şurası qərar qəbul edib.

Florensiya meri Dario Nardella son 7 ildə şəhərdə “Airbnb” vasitəsilə kirayə verilən mənzillərin sayının iki dəfədən çox artdığını, nəticədə mənzillərin aylıq kirayəsi üzrə orta qiymətin 40 faizdən çox bahalaşdığını bildirib. Cari ildə isə qiymət artımı 15 faizi ötüb.

Şəhər Şurasının qəbul etdiyi bu qərar İtaliyada birmənalı qarşılanmayıb. Bundan başqa, hökumətin turistlərin daha çox səyahət etdiyi tarixi şəhər mərkəzlərində və bələdiyyələrdəki mülklərdə ən azı iki gecə qalmasını nəzərdə tutan qanun layihəsi üzərində işlədiyi bildirilib.

Qeyd edək ki, İtaliya intibahının vətəni sayılan Florensiya mədəniyyəti və arxitekturası ilə dünyada məşhur turizm şəhəridir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər