13 C
Baku
Monday, May 20, 2024

Floridadakı pivə bankaları adası satışa çıxarılıb

ABŞ-də bahalı cənnət adlandırılan pivə bankaları adası 14 milyon dollara satışa çıxarılıb.

Ada ABŞ-nin Florida ştatının cənubundakı Keys arxipelaqında yerləşir və varlı turistlər arasında məşhurdur.

Biq-Payn-Ki adası 2017-ci ildə dörd sahibkar dostlar tərəfindən təxminən 64 min dollara (108,8 min manat) alınıb. İndi isə adada turistlər məskunlaşdığına görə onu 14 milyon dollara satmaq istəyirlər.

“Artıq qeyri-rəsmi ziyafət məkanı kimi tanınan adanı aldığımız zaman burada heç bir şərait və kommunikasiya yox idi. Onun sahiblərinin adanı sata bildiklərinə görə çox şad olduqları görünürdü”, – deyə biznesmen Rassell Lumis bildirib.

Kommunikasiya xəttləri qurulduqdan sonra adaya işlərinə fasilə vermək üçün qayıqçılar gəlməyə başlayıblar. Bir neçə il sonra Biq-Payn-Ki turistlər arasında məşhurlaşıb. Qayıqçılar özlərindən sonra çoxlu zibil qoyub gediblər. Bunlar əsasən pivə qutuları olub, buna görə də bu yer pivə qutuları adası adlanıb.

Hərrac martın əvvəlində başlayıb və 2024-cü il aprelin 1-də başa çatacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər