11 C
Baku
Monday, February 3, 2025

“FlyArystan” iyundan Astanadan Bakıya mövsümi reyslərə başlayacaq

Qazaxıstanın aşağıbüdcəli (loukosteri) “FlyArystan” şirkəti iyunun 2-dən Astana-Bakı-Astana marşrutu üzrə mövsümi reysləri həyata keçirməyə başlayacaq.

Aviaşirkət artıq bu marşrut üzrə biletlərin satışına başlayıb.

Uçuşlar həftədə iki dəfə – bazar ertəsi və cümə günləri həyata keçiriləcək.

Biletləri “FlyArystan”nın mobil tətbiqi, daşıyıcının rəsmi saytı və digər mövcud platformalar vasitəsilə əldə etmək mümkündür.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər