Qazaxıstanın “FlyArystan” loukosteri iyunun 2-dən etibarən Astana-Bakı-Astana marşrutu üzrə reyslərin yerinə yetirilməsinə başlayacaq.
Birbaşa reyslər həftədə iki dəfə – bazar ertəsi və cümə günləri “Airbus A320” təyyarələri ilə yerinə yetiriləcək.
Qeyd olunan istiqamət üzrə biletlərin satışı artıq açıqdır. Uçuş müddəti 3 saat 15 dəqiqədir, biletləri “FlyArystan” mobil tətbiqi vasitəsilə və ya flyarystan.com saytında əldə etmək mümkündür.
Məlumatda, həmçinin bildirilir ki, şirkət 2022-ci ilin aprel ayından etibarən Aktaudan Bakıya uçuşlara başlayıb. Bu yay qeyd olunan istiqamətdə reyslər həftədə 3 dəfə (bazar ertəsi, çərşənbə və cümə günləri) yerinə yetiriləcək.