30 C
Baku
Tuesday, September 9, 2025

“FNC” BOKT fond bazarından ₼4.75 mln. yuxarı faizli borc cəlb edir

Azərbaycanda 4 ildir təsis edilərək kredit bazarına lisenziya alan “FNC Bank Olmayan Kredit Təşkilatı” QSC ümumi həcmi 4.75 milyon manatlıq faizli borc cəlb edir.

Banker.az bunu BOKT-nin təqdim etdiyi Emissiya prospekti və ya informasiya memorandumuna istinadən xəbər verir.

Məlumata görə, BOKT-nin istiqrazlarının biri 5000 manat olmaqla ümumi 950 ədəd təşkil edəcək.

“FNC” BOKT istiqrazları 5 illik 15 faizlə təklif edir.

Xatırladaq ki, 2021-ci ildə yaradılan bu BOKT-nin səhmlərinin 100%-i Xəqani Məmmədov Əli oğluna məxsusdur.

Audit olunmuş hesabatlara əsasən, BOKT-nin cəmi aktivlər və kredit portfeli 2023-cü illə müqayisədə təxminən 3 dəfə artaraq müvafiq olaraq 42.6 milyon və 42.5 milyon manata çatıb. Bu, xüsusilə 2022-ci ilin göstəriciləri ilə müqayisədə daha diqqətəlayiqdir.

Xalis mənfəət 2023-cü ildə 105 min manatdan 2024-cü ildə 1.9 milyon manata çatıb.

Son xəbərlər
Digər xəbərlər