“FNC BOKT” QSC 2025-ci ildə xalis mənfəəti 66.5% artaraq 1.97 milyon manatlıq səviyyədən 3.28 milyon manata yüksəlib.
Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il kredit təşkilatının faiz gəlirləri 2 dəfə artaraq 5 milyon 233 min manata çatıb.
Hesabat dövründə BOKT-un cəmi aktivləri 18.2% artım nümayiş etdirməklə 50 milyon 390 min manat təşkil edib. Müştərilərə verilmiş xalis kreditlərin ümumi həcmi il ərzində 16.4% çoxalaraq 42.51 milyon manatdan 49.49 milyon manata bərabər olub.
Şirkətin cəmi öhdəlikləri 40 milyon 256 min manatdan 43 milyon 235 min manata, cəmi kapitalı 2 milyon 377 min manatdan 7 milyon 155 min manata yüksəlib.
Xatırladaq ki, FNC 2021-ci ildə yaradılıb və nizamnamə kapitalı 1.8 milyon manatdır. BOKT-un səhmdarı 100 % Xəqani Məmmədovdur.







