16 C
Baku
Monday, November 10, 2025

Fond: Bağlanan bankların əmlakının satışı ilə bağlı iki hərrac mərkəzi ilə danışıq aparılır

“Ləğvetmə prosesində olan bankların əmlaklarının qiymətləndirilməsi prosesi başa çatıb. Əmanətlərin Sığortalanması Fondunda bununla bağlı akt var”. Bunu bu gün keçirilən mətbuat konfransında Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, ləğvetmə prosesində olan bankların əmlaklarının satılması prosesi şəffaf qaydada, hərraclar yolu ilə həyata keçiriləcək: “Ləğvetmə prosesində olan bankların çox sayda əmlakları var, bunların əksəriyyəti kiçik əmlaklardır. Hazırda biz iki hərrac mərkəzi ilə danışıqlar aparırıq. Məhkəmə qərarı olandan sonra ləğvetmə prosesində olan bankların əmlakları satışa çıxarılacaq. Hərracları Kreditorlar Komitəsi də izləyə biləcək. Əmanətlərin Sığortalanması Fondu hərraclar vasitəsi ilə satılan əmlaklar barədə rübdə bir dəfə Kreditorlar Komitəsinə məlumat veriləcək”.

Azad Cavadov: “Royalbank”ın ləğvetmə prosesi uzadılmayacaq”

“Royalbank” ASC-nin ləğvetmə prosesini uzatmaq fikrimiz yoxdur”.

Onun sözlərinə görə, “Royalbank”ın ləğvetmə prosesinə 2012-ci ildən başlanılıb: “Əgər ləğvetmə prosesində olan bankın faiz gəlirlərinin yarısı belə onun xərclərini ödəmirsə, biz onun aktivlərini digər banklara satacağıq”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər