9 C
Baku
Monday, December 23, 2024

Fond bazarı haqqında geniş yayılmış yanlış fikirlər

Fond bazarında baş verən fiaskolar tez-tez qalmaqallı auditor yoxlamalarına və müxtəlif analitiklərin maraqlarının toqquşmasına səbəb olur. Nəticədə investorların bazara olan inamlarının səviyyəsi aşağı düşür, qiymətli kağızlara investisiya qoyuluşları prosesi haqqında təhrif olunmuş fikirlər yaranır. Onlardan ən geniş yayılanları nəzərdən keçirək.

1. Fond bazarında investisiya qumar oyununa bənzəyir.

Qiymətli kağız alışlarının mahiyyətini aydınlaşdırmağa çalışaq. Adi səhm sahibləri şirkətin şəriklərinə çevrilirlər. Onlar şirkətin aktivlərinə və əldə edilən mənfəətin bir hissəsinə iddia etmək səlahiyyətinə malikdir. Lakin bir çox investorlar qiymətli kağızları yalnız ticarət aləti kimi qəbul edir və şirkətin aktivlərinin bir hissəsinə mülkiyyət hüquqlarının olduğunu yaddan çıxarırlar.

2. Fond bazarı eksklüzivdir.

Bir çoxları əmindirlər ki, fond bazarında yalnız brokerlər və maliyyə konsultantlarının köməyi ilə zəngin insanlar qazanc əldə edə bilir. Əslində isə ekspertlərin proqnozları çox vaxt reallıqdan uzaq olur. Bununla yanaşı İnternetin əhatə dairəsinin genişlənməsi fond bazarını geniş kütlə üçün əlçatan edir.
Bundan əlavə, individual investorlar özlərini sərbəst hiss edirlər, belə ki uzunmüddətli perspektiv üçün kapital qoyuluşları həyata keçirə bilərlər. Müştərilərin pullarını idarə edən fond bazarının institutsional (təşkilati) iştirakçıları hər rüb üçün portfelin zəruri gəlirliyini təmin etməlidir.

3. “Fallen Angels” axır əvvəl yüksəlir.

Qiymətlər investisiya “tarazlığının” əsas tərkib hissələrindən biridir. İnvestorun məqsədi əsaslandırılmış dəyər üzrə maliyyə vəziyyəti yaxşı olan şirkətin səhmlərini almaqdır. Bazar qiyməti tədricən aşağı düşən səhmlərin əldə edilməsi strategiyası heç bir nəticə verməyəcək. Aydındır ki, bir çoxları verilmiş təcrübəni bazar tərəfindən kifayət qədər qiymətləndirilmiş səhmlərin alınmasını nəzərdə tutan artım strategiyası ilə səhv salırlar.

4. Artım müşahidə olunan səhmlərin qiyməti gec-tez aşağı düşəcək.

Fond bazarında qravitasiya yoxdur, buna görə də burada fizika qanunları işləmir. Lakin bu o demək deyil ki, səhmlərin qiyməti heç vaxt korreksiyaya məruz qalmır. Məsələ ondadır ki, onlar şirkətin real vəziyyətini xarakterizə edirlər. İri biznesi əla menecerlər idarə edirsə, onda şirkət səhmlərinin aşağı düşməsi üçün ilkin şərtlər də yoxa çıxır.

5. Fond bazarında investisiya etmək üçün çox bilmək lazım deyil.

Hətta biliklərin az olması belə heç olmamasından yaxşıdır. İnvestor fond bazarında pullarını idarə olunması ilə bağlı təsəvvürlərə malik olmalıdır. Əgər bu belə deyilsə, onda maliyyə konsultantlarına müraciət etmək yaxşı olardı. Mümkün itkilər ixtisaslaşmış mütəxəssisin xidmət haqqından qat-qat yuxarı ola bilər. Bu zaman nəzərə alın ki, qismən məlumatlı investor yalnız qismən təhsilli cərrah qədər effektiv olacaq.

Son xəbərlər
Digər xəbərlər