9 C
Baku
Monday, December 23, 2024

Fond bazarında “robotlu” ticarət

Fond bazarlarında alqoritmik ticarət (alqotreydinq) sürətli templərlə inkişaf edir. Bu gün hətta Azərbaycanda da bu üsulla ticarət həyata keçirənlər var. Dünya fond bazarının mərkəzi hesab olunan Nyu-Yorkda sövdələrinin 60%-i ticarət robotları vasitəsi ilə həyata keçirilir.

İstənilən birja robotunun işi fond bazarının riyazi davranışına əsaslanır. Alqoritm real parametrləri tutuşdurur və tranzaksiyanın həyata keçirilməsi üçün ən əlverişli məqamları müəyyən edir. O, əməliyyatlar əlverişli hesab olunur ki, müsbət gəlir gətirmək ehtimali 50%-dən yüksəkdir. Robotun başlıca vəzifəsi təmin olunmuş gəlir əldə etmək imkanı verən eyni tipli sövdələri dəfələrlə təkrar etməkdir.

Bu zaman sizin müvafiq proqramlaşdırma dilində yazılacaq strategiyanız olmalıdır (bunu adətən proqramçılar yazır). Daha sonra onu platformaya əlavə edirsiniz və sizin əmrlərinizə uyğun əməliyyatlar həyata keçirir. Sizin pul qazanmaq üçün, yəni düzgün əməliyyatları həyata keçirmək üçün təkmil bir strategiyanız olmalıdır. Çünki robot öz işini məhz bu strategiya əsasında qurur.

İlk birja robotları ötən əsrin 70-ci illərində peyda olmuşdur. Bu alqoritmlərin əsasında uzunmüddətli trendizləyən strategiyaları dayanır. Onlar bazarda istənilən kəskin trend dəyişikliyini qeydə alırdı. Onilliklər keçdikdən sonra tərtibatçılar ikinci nəsil alqoritmlər yaratdılar, bu alqoritmlər fərqli indikatorlar əsasında bazarın oversold (satılma) dərəcəsini izləməyə başlayır. Onlar satışı aparılan aktivlərin qiymətlərinin orta qiymətlərdən geri qalmasını üzə çıxarır, kotirovkaların əvvəlki səviyyəyə geri qayıtma ehtimalını hesablayırdı.

Üçüncü nəsil birja robotları bazarda patternlərin (proyektləşdirmə modelləri) iştirakını müəyyən edir və onların dəyişməsi ilə bağlı siqnallar verir. Birjalarda getdikcə canlı treyderlərin sayı azalır, çünki böyük miqdarda tranzaksiyaları və birja interfeyslərinin sürətli dəyişikliklərini izləmək insan üçün çox çətin olur.

Lakin “sürətli” heç də daha yaxşı demək deyil. Çoxsaylı hallar da məlumdur ki, proqram təminatının işindəki qüsurlar və dayanmalar treyderlərin əhəmiyyətli dərəcədə itkilərinə səbəb olub. Buna görə də birja robotunun fəaliyyətinin effektivliyinin başlıca meyarı onun gəlirliyidir. Bu gün riyaziyyat, fizika, texniki analiz, maliyyə və statistika elmlərinin birgə nailliyyətləri əsasında birja robotları hazırlanır.

Belə aləti müstəqil şəkildə hazırlamaq, ya da hazırını birja brokerindən ala bilərsiniz. Alqoritmin orta bazar qiyməti müxtəlifdir, əsas meyar alqoritmin yazılışının çətinlik səviyyəsidir. Minimum qiymət hətta 50 AZN ola bilər. Amma yenə də itki ehtimalı vardır, çünki hər şey robotun hostinqindən və peşəkar dəstəkdən asılıdır. Həmçinin də brokerin müştəri sayını da nəzərə almaq lazımdır. Təklif olunan alqoritmdən nə qədər çox insan istifadə edərsə, onun effektivliyi bir o qədər az olar.

Son xəbərlər
Digər xəbərlər