Fond bazarında törəmə maliyyə alətləri

Törəmə maliyyə alətləri (derivativlər) istənilən birja platformasının tərkib hissəsidir. Fond bazarında onları adətən ikinci növ qiymətli kağızlar adlandırırlar. Derivativlərin bütün növlərini şərti olaraq aşağıdakı növlərə ayıra bilərik:

Fyuçerslər

Alıcı müəyyən edilmiş gündə müəyyən aktivi müəyyən qiymətə əldə etməlidir. Satıcı isə sözügedən aktivi müəyyən edilmiş gündə təyin edilmiş qiymətə satır. Müqavilənin zəmanətçisi olaraq isə birja çıxış edir və hər iki tərəfdən sığorta depoziti yığır. Burada aktiv qismində səhmlər, valyutalar, fond indeksləri, məhsullar və faiz dərəcələri çıxış edir.

Opsionlar

Aktiv sahibi müəyyən edilmiş aktivi gələcəkdə müəyyən edilmiş dəyərə alıb (opsion call) və yaxud sata (opsion put) bilər. Fyuçerslərdən fərqli olaraq opsion seçimi hər zaman alıcı/satıcının ixtiyarındadır.

Yuxarıdakı halda olduğu kimi, burada da birja hər iki tərəfin zəmanətçisi kimi çıxış edir. Bundan başqa, birja alıcıdan mükafatlar alır və onu satıcının hesabına keçirir. Opsionlarla ticarət xüsusiyyətlərinə görə birjalar xüsusi terminallar quraşdırır, ticarətçilər isə analitik sistemlər (opsion səviyyəsi, hesablaşma indeksi, dalğa analizi və s.) yaradırlar.

Depozit qəbzləri

Depozit qəbzləri özündə birjada sərbəst dövriyyə üçün banklar tərəfindən buraxılmış qiymətli kağızların sertifikatlarını əks etdirir. Bu zaman depozit qəbzlərinin buraxılmasına əsas səbəb bankın depozitariyasına real qiymətli kağızların yerləşdirilməsidir. Depozitar qəbzlər nominala və bir səhmə görə hesablaşma dəyəri üzrə məzənnə dəyərinə sahibdir.

Qiymətli kağızlar üzrə zəmanət

Sahib müəyyən edilmiş qiymətli kağızları 1 ildən 5 il perspektivində müəyyən qiymətə almaq hüququ verir. Beləliklə, zəmanət alıcısı səhmdarlar tərkibindəki payını zərər görməkdən qoruyur. Zəmanətlər birjadankənar bazarlarda alınıb-satılır və biznesdə öz payını qorumaq istəyən səhmdarlar tərəfindən istifadə edilir.

Forvard müqavilələr

Forvard müqavilələr – gələcəkdə müəyyən qiymətə xüsusi malı almaq və ya satmaq üçün öhdəlikdir. Forvard müqavilələrin fyuçerslərdən əsas fərqi müqavilələrin fərdi şəxslər arasında birjadankənar bağlanmasıdır. Bu o deməkdir ki, müqavilənin həyata keçirilməsi üçün məsuliyyəti birja deyil, iştirakçılar daşıyır. Digər bir fərq isə müqavilənin müddətinin sərbəst şəkildə seçilməsidir. Burada baza aktivi qismində istənilən alət istifadə edilə bilər və birja standartlaşdırılması məhdudiyyətləri yoxdur.