Əvvəlki dövrlərdə tacirlərin böyük hissəsi iri biznesə başlamaq istəsə də, bunun üçün əhəmiyyətli kapital lazım olduğundan, risk etməkdən çəkinirdilər. Bu vəziyyətdən çıxmaq üçün investor qrupları əmanətlərini toplamağa və ortaq iş qurmağa başladılar.
Beləliklə, ilk səhmdar cəmiyyətləri yarandı. Hollandlar tərəfindən qurulmuş səhmdar şirkətlər çətinliklərlə üzləşən müəssisələr üçün əlverişli biznes-modelə çevrildilər.
Erkən tarix
1300-cü illərdə Venesiya sələmçiləri öz borc öhdəliklərini digər kreditorlara və fərdi investorlara satmağa başladılar. Onlar borclarını mübadilə edirdilər: yüksək riskli və yüksək faizli borcdan qurtulmaq istəyən borcverən, onu başqa borcverənin krediti ilə dəyişdirirdi. Biznes inkişaf etdikcə borcverən kredit öhdəliklərinin buraxılışını fərdi investorlara satırdı. Venesialılar bu sahədə lider idilər və digər hökumətlərin qiymətli kağızları ilə ilk onlar ticarət apardılar.
İlk fond birjası 1531-ci ildə Antverpendə meydana gəldi. Brokerlər və sələmçilər orada biznes, siyasət və hətta ayrı-ayrı borcları müzakirə etmək üçün toplaşırdılar. 1500-cü illərdə real səhmlər hələ yox idi, buna görə birja yalnız istiqrazlar və veksellərlə işləyirdi. Biznes və maliyyəçilər arasında səhm qədər gəlir gətirən bir çox əməkdaşlıqlar olsa da, ələn əldən keçəcək rəsmi pay mövcud deyildi.
Şərqi Hindistan şirkətlərinin tarixi
1600-cü illərdə Hollandiya, Böyük Britaniya və Fransa hökumətləri Şərqi Hindistan öz adından şirkətlərinə müəyyən imtiyazlar verdilər. İmperializmin zirvəyə çatdığı dövrdə hər bir kəs Şərqi Hindistan və Asiyanın qazancı ilə maraqlanırdı. Şərqdən mal gətirmək məqsədini daşıyan səyahətlər olduqca riskli idi, çünki barbar quldurlarından əlavə pis hava şəraiti və zəif naviqasiya kimi çətinliklər olurdu. 1602-ci ildə Hollandiyanın Şərqi Hindistan şirkəti ilk kağız səhmlərini buraxdı. Bu mübadilə vasitəsi səhmdarlara öz paylarını rahat şəkildə almaq, satmaq və mübadilə etmək imkanını verdi.
Nyu-York fond birjasının yaranma tarixi
İlk rəsmi birja 1773-cü ildə Londonda, Nyu-York fond birjasından (NYSE) 19 il əvvəl qurulmuşdu. Lakin London birjası (LSE) səhmlərin buraxılışını məhdudlaşdıran qanuna bağlı olduğuna görə, Nyu-York birjası yarandığı gündən bəri daha aktiv fəaliyyət göstərir. Buna baxmayaraq, ABŞ-ın ilk fond birjası NYSE deyil. Bu şərəf 1790-ci ildə qurulan Filadelfiya birjasına verilsə də, NYSE qısa müddətdə ən güclü birjaya çevrilə bildi.
Nyu-York fond birjası 17 may 1792-ci ildə Uoll-Strit və Brodveydə açılmışdı. Bu müqavilə “Buttonwood” adını daşıyırdı və təxminən iyirmi dörd brokerin imzasını birləşdirirdi. 8 mart 1817-ci il tarixində isə qrup adını dəyişdirərək “Nyu-York fond birjası” qoydu. Beləliklə, dünyanın iqtisadi gələcəyini müəyyənləşdirən təşkilat yaradıldı.
Beynəlxalq arenada London birjası Avropanın ən öndə gedən birjasına çevrilsə də, bazara çıxmaq istəyən şirkətlərin çoxu hələ də Nyu-Yorkda ticarət edir. Bir çox digər ölkələr (Almaniya, Fransa, Hollandiya, İsveçrə, Cənubi Afrika, Honkonq, Yaponiya, Avstraliya və Kanada daxil olmaqla) öz fond birjalarını yaratdılar. Çikaqo, Los-Anceles, Filadelfiya və digər böyük mərkəzlərdə birjaların olmasına baxmayaraq, NYSE yenə də ən güclü birja idi.
1971-ci ildə səhnəyə yeni oyunçu girdi – NASTAQ. Bu, Maliyyə Sənayesi Tənzimləmə Təşkilatı (FINRA) adlandırılan Qiymətli Kağızlar Dilerləri Assosiasiyasının (NASD) təşəbbüsü idi. Əvvəldən bəri NASTAQ birjası digərlərindən fərqlənirdi: Uoll-Stritin fiziki iştirakı olmadan, əməliyyatları elektron şəkildə həyata keçirən kompüter şəbəkəsi.
Elektron birjanın tətbiqi ticarəti daha səmərəli etdi. NASTAQ ilə rəqabət NYSE-ni həm listinq, həm də Euronext-lə birləşmə yolu ilə inkişaf etməyə məcbur etdi. Qeyd edək ki, 2014-cü ildə müstəqil təşkilat kimi fəaliyyət göstərməyə başladı.
Amerikanın əsas indekslərinin tarixi
Birja haqqında hər hansısa məlumat oxuduğunuz zaman S&P 500 və Dow Jones IndustrialAverage (DJIA) kimi adlarla qarşılaşa bilərsiniz. Bunlar bazarın bütövlükdə və ya müəyyən bir hissəsinin dinamikasını təsvir etməyə kömək edən birja indeksləridir.
1896-cı ildə Çarlz Dou və Edvard Conson tərəfindən əsası qoyulan DJIA, səhmlərin qiymətindən asılı olaraq dəyişir. Ümumilikdə DJIA 30 ABŞ şirkətinin səhmlərini izləyir. O, iqtisadiyyatın orta göstəricilərini əks etdirmək üçün yaradılıb.
S&P 500 indeksi (və ya sadəcə S&P) 1957-ci ildə ABŞ-ın Nyu-York fond birjasının (NTSE) qeydiyyatında olan 500 ən böyük şirkətin səhmlərini izləmək üçün yaradılıb. S&P-ni təşkil edən səhmlər ABŞ iqtisadiyyatının ümumi quruluşunu təmsil eləyir, indeksdəki sektorların payı isə iqtisadiyyatda baş verən dəyişikliklərə uyğun olaraq korreksiya olunur.
1957-ci ildə S&P 500 indeksi 425 sənaye, 60 kommunal və 15 dəmir yolu müəssisəsindən ibarət idi. Qeyd edək ki, onlar ümumi bazar dəyərinin təxminən 90%-ni əhatə edirdilər.
İlkin mərhələdə S&P cəmi 233 səhmi izləyirdi, lakin günlük və saatlıq kotirovkaları izləmək çətin olduğundan, 1928-ci ildə S&P 90 yaradıldı. O isə 50 sənaye, 20 dəmir yolu və 20 kommunal müəssisəsindən ibarət idi. 1976-cı ildə tərkib 400 sənaye, 40 kommunal, 40 maliyyə və 20 nəqliyyat müəssisəsinə dəyişdirildi. Qeyd edək ki, maliyyə şirkətləri 1970-ci illərin ortalarına qədər S&P indeksinə daxil deyildi. Səhmlərin böyük hissəsi birjadan kənar bazarda satılırdı ki, bu da onların indeksə daxil edilməsini bir az da çətinləşdirirdi.
1988-ci ildə indeksin iqtisadiyyatdakı dəyişikliklərə daha tez reaksiya verməsi üçün 400-40-40-20 modelindən tamamilə imtina edildi. Məlum oldu ki, bu köhnə model sürətlə dəyişən iqtisadiyyatda uyğunlaşa bilmir.
Bir çox institusional strukturlar kimi, S&P 500 də bəzən zamandan geri qalır. Belə ki, bu indeksin tərkib hissələrinin seçimi prosesi bazarın səhv qiymətləndirilməsinə səbəb olur.
Lakin buna baxmayaraq, gün S&P 500 indeksi NASTAQ və Dow Jones-dan sonra Amerikanın üçüncü əsas indeksi sayılır.