20 C
Baku
Wednesday, October 9, 2024

Fond bazarları 2018-ci ilin oktyabr ayı ərzində  5 trilyon dollar itirdilər

Ən böyük göstəricilərinin düşməsi nəticələrinin təhlili.

Ayın nəticələri

“S&P” Dow Jones Indices  analitiklərinə görə, dünyada satılan səhmlər və istiqrazlar təxminən 5 trilyon dollar dəyər itirib, Banker.az  The Wall Street Journal-a istinadən yazır.

2018-ci ilin oktyabrında MSCI World fond indeksi (dünyanın 23 ölkəsində satılan qiymətli kağızlar daxildir) yanvar göstəricilərinə nisbətən 15% azalıb.8438745843

“S&P” 500 indeksi  ay üçün, 2011-ci ildən bu yana ən güclü aylıq göstəricinin düşməsini  göstərib: oktyabr ayında indeks 6,9 % azalıb. “S&P” 500-ün siyahısında olan təxminən  400 səhm də düşmə göstərib. Dow Jones  5.1% düşüb- 2016-ci ilin yanvar ayından bu yana ən böyük düşüşdür.

CNBC qeyd edir ki, texnologiya şirkətlərinin səhmlərini əhatə edən Nasdaq, 2008-ci ilin noyabr ayından etibarən rekord həddə 9,2% azalıb.

Honq Konq indeksi  HanqSenq 10% azalıb, Shanghai Composite Çində oktyabr ayında 8% itirib.

Fortune qeyd edir  ki, oktaybr ayı Amazon üçün qəliz olub: şirkətin səhmləri sentyabr ayının maksimumundan 20% azalıb və şirkətin dəyəri 250 milyard dollar azalıb. Bununla yanaşı digər Amerika pərakəndə satış səhmləri yüksəlib: Walmart – 7%, Ross Stores – 2%, Walgreens – 10%.

Ən böyük texnologiya şirkətlərinin bəziləri oktyabr ayını səhmlərin qiymətlərin artımı ilə bağlayıb: Tesla və Twitter müvafiq olaraq 13% və 23% artmışdır. “S&P” 500-ün ən yüksək səhm qiymətinin  artımı Red Hatın yaradıcı Linuxda olub 29%.

Digər şirkətlər ayı eniş ilə bağlayıblar: Netflix 19%, Microsoft 6%, Alphabet 9%, Facebook 7% və Apple 3% azalıb.

Düşüşün səbəbləri

Səhmlərin düşməsinə ivestorların  faiz dərəcələrinin artımından narahatçılıqları və  Çin və ABŞ arasında olan gərgin ticarət əlaqələri  olub.

RBK, İtaliyanı Avropa İttifaqından çıxma vəziyyətinin və Səudiyyə Ərəbistanının Türkiyədəki konsulluğunda jurnalist Jamal Hashadzinin öldürülməsinin vəziyyətə təsir etdiyini yazır.

Analitiklərin fikirləri

BNY Mellon Investment Managementin böyük investisiya strateqi olan Liz Younq, bazarın azalmağa davam edəcəyinə inanır: «Əgər 5-10% enməyə tab gətirə biləcəksinizsə o zaman durun. Əgər yox-o zaman bəzi müdafiə obyektlərindən istifadə edin ».

Personal Capital-in aktivlərin idarə olunmasndan olan Craiq Birk, bazarda böhranın baş verməsinin heç yerdən yarandığını bildirib. Onun sözlərinə görə, bu bir ayı bazarı deyil ((bear market – qiymətlərin aşağı istiqamətli olduğu bir bazar) korreksiya əlamətidir.asfde

William Blair & Co şirkətinin investisiya meneceri Mike Balkin, Fondun aktivlərinin bir hissəsini texnologiya şirkətinin səhmlərindən istehlakçının və səhiyyə sektoruna köçürülməsi barədə danışıb. Onun fikrincə, bazarda belə bir azalma ilə, itkilərdən qaçmaq mümkün deyil.

FPG Securities Co –nun rəhbəri Koji Fukayya, bazarda kəskin artımın və ya düşmənin səbəbini görmədiyini bildirib. «Görəcəyimiz şey, çox güman ki daha çox güclənməyə  bənzəyəcək».

Son xəbərlər
Digər xəbərlər