Wall Street “alıcılarının” həyat şəraitləri buradakı “satıcıların” həyat şəraitlərindən daha yaxşıdır. Hedge-fond əməkdaşlarının yüksək əmək haqqısı və qısa iş günü investisiya banklarında çalışan əməkdaşlarda həsəd hissi doğurur.
Bundan əlavə, fondlarda mütləq şəkildə dress-cod tələb olunmur və burada hətta əməkdaşlara elə imtiyazlar təqdim olunur ki, bunları yalnızca arzulamaq olar. Məsələn, gündə üç dəfə şirkət hesabına nahar və yenə də şirkət hesabına Baham adalarına məzuniyyət.
Business Insider jurnalı bu gün hedge-fondlarda nə kimi bonuslar əldə etməyin mümkün olduğunu müəyyən etmiş və Wall street-də işçilər olan imtiyazların reytinqini təşkil etmişdir.
Avenue Capital öz əməkdaşlarına iş yerində pulsuz səhər yeməyi təklif edir. İş gününü başlamaq üçün üçün heç də pis başlanğıc deyil.
Pershing Square şirkətinin baş-qərargahında ən müasir trenajorlardan ibarət idman zalı və professional məşqçilərdən ibarət qrup fəaliyyət göstərir.
Blackstone öz əməkdaşlarına pulsuz ayaqqabı təmizləmə xidməti təqdim edir.
Perry Capital-ın baş-qərargahında isə kişilər və qadınlar üçün gözəllik salonu fəaliyyət göstərir. Bundan əlavə, əməkdaşlar Barneys kitab şəbəkəsindən məhsul aldıqda böyük endirimlər əldə edirlər. Perry Capital da daxil olmaqla bir çox fondlar şəxsi aşpazlara sahibdirlər ki, onlarda sifarişlə nahar hazırlayır.
JANA Partners ofisində isə bilyard stolu və ən müştəlif içkilərdən ibarət bar fəaliyyət göstərir.
Bridgewater Associates öz sərnişinlərini çox rahat avtobusda evlərinə yola salır və yolda onlara kofe və buterbrodlar, axşam isə spirtli içkilər təklif edir. İşçilər gün ərzində 3 dəfə isə pulsuz nahar əldə edirlər.
SAC Capital şirkətində treyderlər üçün psixoloq da fəaliyyət göstərir.
Third Point şirkətinin rəhbəri Denial Loub əməkdaşları üçün triatlon üzrə müsabiqələr təşkil edir.
Texasın hedge-fondunun meneceri Kayli Bass hər il əməkdaşlarını öz hesabına Baham adalarına bir həftəlik istirahətə göndərir.
Paul Tudor Jones cümə günləri əməkdaşlarına KFC-dən nahar sifariş edir.
Moore Capital menecerləri onlara nahar və kokteyl hazırlayan şəxsi köməkçilərə sahibdirlər.
Wall Street-in korporativ şənlikləri keçirməkdən imtina etdiyi bir vaxtda hedge-fondlar əməkdaşları üçün dəbdəbəli Yeni il şənlikləri təşkil edir.