Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv edilən “Royalbank”ın kreditorlarına müraciət edib.
Xəbərə görə, Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Royalbank” ASC-nin kreditorlarının diqqətinə çatdırır ki, növbəlikdə 7-ci sırada olan bankda təminatsız kreditorların tələbləri üzrə proporsional qaydada növbəti 7-ci ödəniş 3 aprel 2017-ci il tarixdən etibarən Ləğvedici -Əmanətlərin Sığortalanması Fondu tərəfindən Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən ofisin Müştəri Xidməti şöbələrində həyata keçiriləcəkdir.