26 C
Baku
Saturday, July 27, 2024

Fonddan pul mənimsəyən Kredit İttifaqı sədrinə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində “Aqroinvest” Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İdarə Heyətinin sədri Əyyub Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Ə.Əhmədova şərti cəza verilib.

İttiham aktına əsasən, Ə.Əhmədov Sahibkarlara Kömək Milli Fondunun 470 min manat pulunu mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

İstintaq dövründə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

Qeyd edək ki, “Aqroinvest” Kredit İttifaqı Azərbaycan Mərkəzi Bankınin 2001-ci il tarixli daimi lisenziyasına əsasən yaradılıb. “Aqroinvest” Kredit İttifaqı MMC kimi 2001-ci il aprelin 6-da İmişli şəhərində təsis olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər