12 C
Baku
Saturday, November 23, 2024

Fondların büdcə daxilolmaları azalıb

2023-cü il 1 yanvar tarixinə “Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu”, “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu”, Mineral-xammal bazasının bərpası üzrə dövlət Fondu”, “Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondu” və “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu” üzrə vəsaitin qalığı 50,4 milyon manat təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Maliyyə Nazirliyindən bildirilib.

2023-cü ilin yanvar-mart ayları üzrə sözügedən fondların daxilolmaları 2,1 milyon manat təşkil edib ki, bu da təsdiq edilmiş proqnozdan 2,8 milyon manat və 56,8% azdır.

Qeyd edək ki, daxilolmaların 51,1%-ni və ya 1,08 milyon manatını “Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu”nun, 6%-ni və ya 0,13 milyon manatını “Meşələrin Qorunub Saxlanılması və Təkrar İstehsalı Fondu”nun, 35,4%-ni və ya 0,75 milyon manatını “Mineral-Xammal Bazasının Bərpası üzrə Dövlət Fondu”nun, 3,3%-ni və ya 0,07 milyon manatını “Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondu”nun, 4,2%-ni və ya 0,09 milyon manatını “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi Fondu”nun payına düşür.

Son xəbərlər
Digər xəbərlər