9 C
Baku
Friday, December 13, 2024

Fond daha 20 milyonluq istiqraz hərraca çıxardı

11 oktyabr 2018-ci il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) 20 mln. manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. İstiqrazlar 1 003.6667 manat qiyməti ilə satışa çıxarılacaqdır.

Banker.az xəbər verir ki, İKZF bu barədə açıqlama verib.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 02 avqust 2018-ci il tarixində qeydə alınmışdır. Emissiyanın ümumi həcmi 60 mln. AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Buraxılışın 20 mln. manat təşkil edən ilk emissiyası cari ilin 28 avqust tarixində yerləşdirilmişdir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Son xəbərlər
Digər xəbərlər