18 C
Baku
Thursday, May 16, 2024

Fondun Azəri-Çıraq-Günəşli yatağından gəlirləri $3 milyarda çatdı

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azəri-Çıraq-Günəşli (AÇG) yatağı üzrə əldə olunan ümumi gəlirləri 2001-ci ildən 1 avqust 2021-ci il tarixinə 152.31 milyard ABŞ dolları olub.

Banker.az bu barədə ARDNF-ə istinadla bildirir.

AÇG yatağından 2021-ci ilin ilk 7 ayı ərzində (yanvar-iyul) isə 2 milyard 903.2 milyon ABŞ dolları olmuşdur. Bu da illik müqayisədə 418.2 mln. dollar, yaxud 17% artmışdır.

Şahdəniz yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər 2007-ci ildən01.08.2021 tarixinədək 3 milyard 738 milyon dollar vəsait daxil olmuşdur. 2021-ci ilin ilk yeddi ayı üzrə bu rəqəm isə 70.98 mln. ABŞ dolları, o cümlədən Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 57.13 mln. ABŞ dolları olmuşdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər