25 C
Baku
Saturday, July 27, 2024

Fondun BOKT-una yeni rəhbər təyin edilib

Azərbaycanda 14 ilə yaxındır fəaliyyət göstərən Bank Olmayan Kredit Təşkilatı “Avrasiya-Kredit” Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyətinin sədri dəyişib.

Banker.az xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fonduna məxsus olan BOKT “Avrasiya-Kredit”in İdarə Heyəti sədri Ramil Əzizov Arif oğlu istefa verib.

İdarə Heyətinə bundan sonra Oğuz Mirzəyev Ümid oğlu sədrlik edəcək. O, buna qədər ana şirkət (100% pay sahibi) Beynəlxalq Avrasiya Mətbuat Fondunda çalışırdı.

BOKT “Avrasiya-Kredit” 2007-ci ildə yaradılıb, 1 000 manat nizamnamə kapitalına sahibdir. Hazırda İdarə Heyətində Qasımov Xalıq Qara oğlu və Bayramov Aqil Adıgözəl oğlu adlı üzvlər vardır.

Son xəbərlər
Digər xəbərlər