7 C
Baku
Thursday, December 12, 2024

Fondun öhdəlikləri dörd qat artıb

2016-cı ildə Əmanətlərin Sığortalanması Fondunun aktivləri 87,463 mln. manata çatıb ki, bu da 2015-ci illə müqayisədə 35,12% və ya 47,334 mln. manat azdır. Bu barədə Fondun maliyyə hesabatında deyilir.

Fond ötən il öhdəliklərini kəskin artırıb. Belə ki, 2017-ci ilin əvvəlinə Fondun öhdəlikləri 3,73 dəfə artaraq 594,919 mln. manata çatıb. Öhdəliklərin 526 mln. 733 min manatı krteditlərin və borcların qısamüddətli hissəsi, 34 mln. 922 min manatı kreditlər və borclar, 27 mln. 989 min manatı kompensasiya ödənişləri üzrə öhdəliklər, 5 mln. 275 min manatı isə sair uzunmüddətli öhdəlikdir.

Ötən il ərzində Fondun sığorta haqları 6,82% artaraq 26 mln. 475,850 min manata, maliyyə gəlirləri 14,6% artaraq 3 mln. 961 min manata çatıb. Hesabat dövründə Fondun cəmi gəliri 30 mln. 437 min manata bərabər olub ki, bu da 2015-ci il ilə müqayisədə 7,78% çoxdur.

2015-ci il ilə müqayisədə ötən il 3,87 dəfə artaraq 587,245 mln. manat, inzibati və sair əməliyyat xərcləri 32,6% artaraq 3, 509 mln. manat, banklara ödənilmiş kompensasiyaların qaytarılması 83,638 mln. manat təşkil edib.

Ötən il Fondun zərəri 4,29 dəfə artaraq 482, 561 mln. manata yüksəlib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər