24 C
Baku
Sunday, September 29, 2024

Forbesə əsasən 2013-cü ilin ən uğurlu sahibkar qadınları

Forbes jurnalı sərbəst şəkildə milyonlar qazanmış 2013-cü ilin ən uğurlu sahibkar qadınlarının reytinqini təşkil etmişdir.

1. Wu Yahong

jensh1

  • Sərvəti: 4,1 milyard dollar
  • Planetin ən varlı insanları reytinqində yeri: 229
  • Ölkə: Çin
  • Şirkət: Longfor Properties
  • Yaş: 49
  • boşanıb

Dünyanın ən varlı qadını öz karyerasına jurnalist olaraq başlasa da, daha sonradan developper şirkətdə menecer vəzifəsinə sahib olmuşdur. O 1993-cü ildə isə öz şəxsi şirkətini yaradır.

2. Zhang Xin

jensh2

  • Sərvəti: 3,8 milyard dollar (yoldaşı ilə birgə)
  • Planetin ən varlı insanları reytinqində yeri: 376
  • Ölkə: Çin
  • Şirkət: SOHO China
  • Yaş: 48
  • Ailə vəziyyəti: evli

Bu qadın yoldaşı ilə birgə yaratdığı şirkətin CEO-sudur və öz ölkəsində ən uğurlu insanlardan biri hesab edilir.

3. Oprah Winfrey

jemsh3

  • Sərvəti: 2,9 milyard dollar
  • Ən varlı amerikalılar reytinqində yeri: 184
  • Ölkə: ABŞ
  • Şirkət: OWN
  • Yaş: 59
  • Ailə vəziyyəti: subay

4. Sara Bleykli

jensh4

  • Sərvəti: 1 milyard dollar
  • Planetin ən varlı insanları reytinqində yeri: 1342
  • Ölkə:ABŞ
  • Şirkət: : Spanx
  • Yaş: 42
  • Ailə vəziyyəti: evli

5. Tory Burch

jensh5

  • Sərvəti: 1 milyard dollar
  • Planetin ən varlı insanları reytinqində yeri: 1342
  • Ölkə: ABŞ
  • Şirkət: Tory Burch
  • Yaş: 47
  • Ailə vəziyyəti: boşanıb, üç uşağa sahibdir.

Tory Burch biznesə yeni başladıqda keçmiş əri ona maliyyə yardımı təqdim edirdi. Lakin onun özünün sahib olduğu dizayner istedadı onun uğur yolunda mühüm rol oynadı. İnvestorlar son olaraq onun şirkətini 3 milyard dollar olaraq qiymətləndirdilər.

6. Kiran Mazumdar-Shaw

jemsh6

  • Sərvəti: 625 milyon dollar
  • Ən nüfuzlu qadınlar reytinqində yeri: 85
  • Ölkə: Hindistan
  • Şirkət: Biocon
  • Yaş: 60
  • Ailə vəziyyəti: evli

Hindistanın ən varlı qadını öz innovasiyalı biznesini sərbəst şəkildə yaradıb. Kiran Mazumdar biotexnologiyalar sahəsində milli lider hesab edilir. Hazırda onun şirkətinin əsas məqsədi böyük insan kütləsini dərman vasitələri ilə təmin etməkdir.

7. Weili Dai

jemsh7

  • 2012-ci ildə Marvell Technology şirkətinin gəliri: 3,1 milyard dollar
  • Ən nüfuzlu qadınlar reytinqində yeri: 88
  • Ölkə: ABŞ
  • Şirkət: Marvell Technology
  • Yaş: 52
  • Ailə vəziyyəti: evli

8. Cher Wang

jensh8

  • Sərvəti: şirkətin 2012-ci ildə əldə etdiyi gəlir 9,9 milyard dollara bərabər idi.
  • Ən nüfuzlu qadınlar reytinqində yeri: 46
  • Ölkə: Tayvan
  • Şirkət: HTC
  • Yaş: 55
  • Ailə vəziyyəti: evli

Cherin 1997-ci ildə şirkəti yaratmasından sonra HTC telefon istehsalından Android-li məşhur smartfonların istehsalına qədər gəlib çıxdı. 2013-cü ilin mart ayında HTC First Facebook üçün optimallaşdırılmış ilk cihaz oldu.

9. Beyonce

jensh9

  • Sərvəti: 2012-ci il üçün gəlir: 53 milyon dollar
  • Məşhur insanlar reytinqində yeri: 4
  • Ölkə: ABŞ
  • Şirkət: House of Dereon
  • Yaş: 33
  • Ailə vəziyyəti: evli

Pop-diva öz şirkətini 2004-cü ildə təsis edib. 2012-ci ildə isə Beyonce öz adı ilə online-mağaza açır və buradan onun pərəstişkarları öz kumirlərinin iştirakı ilə yaradılan geyim və aksessuarları əldə edə bilərlər.

10. Gisele Bundchen

jenshd10

  • 2012-ci il üçün gəlir: 42 milyon dollar
  • Məşhur insanlar reytinqində yeri: 81
  • Ölkə: ABŞ
  • Şirkət: Sejaa Skincare
  • Yaş: 33
  • Ailə vəziyyəti: evli

Dünyanın ən yüksək gəlirli modeli sərvətini yalnızca fotosessiyalardan və dəb sərgilərindən qazanmır. O qadınlar üçün təbii kosmetika istehsalçısı olan Sejaa şirkətinin həmtəsisçisidir.

Son xəbərlər
Digər xəbərlər