26 C
Baku
Saturday, July 27, 2024

Forbes: Ən bahalı brend idmançı kimdir?

Banker.az xəbər verir ki, Forbes nəşrinin versiyasına görə, isveçrəli tennisçi Roger Federer 2017-ci ilin reytinqində idman aləminin ən bahalı adına sahibdir.

Federer ticarət nişanının dəyəri 37,2 milyon dollar təşkil edir. Reytinqin ikinci pilləsində amerikalı basketbolçu LeBron James (33,4 milyon dollar), üçüncü pillədə isə yamaykalı Usain Bolt (27 milyon dollar) qərarlaşıb.

İdmançılar arasında ən bahalı brendin sahibləri reytinqinin onluğuna həmçinin Christiano Ronaldo (Portuqaliya, futbol) – 21,5 milyon dollar, Phil Mickelson (ABŞ, qolf) —19,6, Tiger Woods (ABŞ, qolf) — 16,6; Virat Kohli (Hindistan, kriket) — 14,5, Rory Mcilroy (Şimali İrlandiya, qolf) — 13,6, Lionel Messi (Argentina, futbol) — 13,5 və Stephen Curry (ABŞ, basketbol) —13,4 daxil olub.

 

Son xəbərlər
Digər xəbərlər