26 C
Baku
Wednesday, April 24, 2024

“Forbes” 2019-cu ildə ən çox qazanan idmançıları açıqladı: Messi ilkdədir

Nüfuzlu “Forbes” jurnalı 2019-cu ilin birinci yarısında ən çox pul qazanan idmançıların siyahısını açıqlayıb.

Siyahıda ilk üç yeri tarixdə ilk dəfə olaraq futbolçular tutublar.

Birinci yerdə 127 milyon dollar gəlir ilə İspaniya “Barselona”sı və Argentina milli komandasının hücumçusu Lionel Messi qərarlaşıb. İkinci pilləni “Yuventus” və Portuqaliyanın hücumçusu Kriştianu Ronaldu tutub. Onun bu müddət ərzində gəlirləri 109 mln. dollar təşkil edib. Üçüncü yer PSJ və Braziliya millisinin oyunçusu Neymara məxsusdur. Onun gəlirləri 105 mln. dollardır.

Dördüncü yerdə meksikalı boksçu Saul Alvares qərarlaşıb. O, 94 mln. dollar qazanıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər