Forbes: ABŞ-ın 10 ən varlı insanı

Baxmayaraq ki, Amerika iqtisadiyyatının bərpa olunması çox zəif templərlə müşahidə olunur, işsizlik səviyyəsi isə hələ də 8%-dən çoxdur, bu milyarderlərin daha da varlanmasına heç bir əngəl törətmir. Əslində hər şey onların kompaniyalarının səhmlərinin qiymətinin qalxması sayəsində mümkün olur.

Forbes-in hesablamalarına əsasən, ABŞ-ın ən varlı insanlarının sərvətinin məcmu dəyəri 2011-ci ilin 1,5 trilyon dolları ilə müqayisədə bu il 1,7 trilyon olmuşdur.

Microsoft korporasiyasının baş direktoru Bill Qeyts artıq 19 ildir ki, ardıcıl şəkildə ABŞ-ın ən varlı insanı seçilir. Onun sərvətinin miqdarı 66 milyard dollardır, ikinci yeri isə artıq 12 ildir ki, Uorren Baffet heç kəsə güzəştə getmir. Baffetin sərvətinin miqdarı 46 milyard dollardır. Oracle kompaniyasının baş direktoru Larri Ellison 41 milyard dollar göstərici ilə siyahının 3-cü pilləsində qərar tutub.

Ümumilikdə isə Forbes-in siyahısına 401 nəfər insan düşüb

1.Bill Qeyts

Yaş: 56

Kompaniya: Microsoft

Sərvət: $66 milyard

Dəyişiklik: +$7 milyard

Bill Qeyts – Microsoft Corp. korporasiyasının banisi və həmtəsisçisidir. O həmçinin 2012-ci ilin 31 martında Yeni Dehlidə qeydiyyatdan keçmiş Bill and Melinda Gates Foundation fondunun həmtəsisçidir.

2. Uorren Baffet

Yaş: 82

Kompaniya: Berkshire Hathaway

Sərvət: $46 milyard

Dəyişiklik: +$7 milyard

“Omaha Kahini” ləqəbi ilə tanınan Baffet –məşhur investor və xeyriyyəçi Berkshire Hathaway fondunun sahibidir. Hər il əfsanəvi investor “Baffet ilə nahar” adlı xeyriyyə tədbiri həyata keçirir. Bu xeyriyyə tədbiri artıq 12 ildir ki, baş tutur. Baffet ilə nahar şərəfinə layiq olmaq istəyənlər arasında hərrac keçirilir və bu mərasimdən yığılan vəsait xeyriyyə məqsədlərinə sərf olunur. Bu müddət ərzində aksiya çərçivəsində 11,5 milyon dollar yığmaq mümkün olub.

3. Larri Ellison

Yaş: 68

Kompaniya: Oracle

Sərvət: $41 milyard

Dəyişiklik: +$8 milyard

Oracle kompaniyasının həmtəsisçisi və rəhbəri. 1980-ci ildən bəri Oracle müxtəlif məlumatlar bazasının istehsalı ilə məşğuldur. Cəmi bir neçə il sonra kompaniya uğurlu İPO keçirməyə və öz satışlarını 10 qat artırmağa müvəffəq olmuşdur.

4. Çarls Kox

Yaş: 68

Kompaniya: Koch Industries

Sərvət: $31 milyard

Dəyişiklik: +$6 milyard

O, Massaçusets texnoloji universitetini başa vurmuşdur. Onun rəhbərlik etdiyi kompaniya müxtəlif biznes sahələri ilə məşğuldur: neft kimyadan maliyyə sahəsinə qədər. Çarls Kox və onun qardaşı Devid Kox öz bizneslərini atalarından miras alıblar. Bu vaxtdan isə biznesin həcmi 2600 dəfə böyüyüb.

5 . Devid Kox

Yaş: 72

Kompaniya: Koch Industries

Sərvət: $31 milyard

Dəyişiklik: +$6 milyard

Devid Kox səhmlərin 42%-nin sahibidir və Koch Industry şirkətinin icraçı vitse-prezidentidir. Devid Kox özünün siyasi və xeyriyyəçilik fəaliyyətinə görə məşhurdur. O, Humanitar tədqiqat institutunun və Corc Meyson Universitetinin elmi-tədqiqat proqramlarını maliyyələşdirir. O, Barak Obamanın qəti rəqibi olaraq, prezidenti “sosializmdə” ittiham edir.

6. Kristi Volton və onun ailəsi

Yaş: 57

Kompaniya: Wal-Mart

Sərvət: $27,9 milyard

Dəyişiklik: +$3,4 milyard

Wal-Mart super marketləri şəbəkəsinin banisi Sem Uoltonun oğlu Con Uoltonun dul xanımı 2005-ci ildə ərinin vəfatından sonra $15,7 milyard dollar həcmində var-dövlət miras almışdır.

7. Cim Uolton

Yaş: 64

Kompaniya: Wal-Mart

Sərvət: $26,8 milyard

Dəyişiklik: +$5,7 milyard

Cim Uolton – Dünyanın ən nəhəng pərakəndə satış şəbəkəsi – Wal-Martın yaradıcısı Sem Uoltonun oğlu. Arvest Bankın İdarə heyətinin sədri. Arkanzas Universitetini bitirib, dörd uşağı vardır.

8. Alisa Uolton

Yaş: 63

Kompaniya: Wal-Mart

Sərvət: $26,3 milyard

Dəyişiklik: +$5,4 milyard

Wal-Mart satış şəbəkəsinin banisi Sem Uoltonun qızı hazırda Texasda yaşayır. San-Antonio şəhərində Trinity Universitetini başa vurub. 1988-ci ildə Llama Company investisiya bankının əsasını qoyub, bank korporativ maliyyə sektorunda çalışır. Siyasi mövqe baxımından mühafizəkarları dəstəkləyir. Belə ki, 2012-ci ilin yanvar ayında Mitt Romninin seçki qabağı kompaniyasından ötrü 200 min dollar vəsait bağışlamışdır.

9. Samuel Robson Uolton

Yaş: 68

Kompaniya: Wal-Mart

Sərvət: $26,1 milyard

Dəyişiklik: +$5,6 milyard

Wal-Mart kompaniyasının yaradıcısının böyük oğlu. College of Wooster kollecini bitirib, 1966-cı ildə isə Arkanzas Universitetindəki təhsilini başa vurub. Atasının vəfatından 2 gün sonra 1992-ci ildə kompaniyanın idarə heyətinin sədri təyin olunub, o hələ də bu vəzifədə çalışır.

10. Maykl Blumberq

Yaş: 70

Kompaniya: Bloomberg L.P.

Sərvət: $25 milyard

Dəyişiklik: +$5,5 milyard

Biznesmen və siyasətçi. Dünyaca məşhur informasiya agentliyi olan Bloomberg-in təsisçisi və qurucusu, Nyu-York şəhərinin 108-ci meri. Əsli Rusiyadan olan yəhudi immiqrantları ailəsində dünyaya göz açıb. Con Hopkins adına universiteti, həmçinin Harvard biznes məktəbini bitirib. MBA pilləsi (İşgüzar idarəetmə magistri) üzrə təhsil alıb. Nyu-York şəhərinin meri olduqdan sonra Blumberq özünə 1 dollar civarında əməkhaqqı kəsmişdir və dövlətin ona verdiyi yaşayış mənzilindən imtina etmişdir. Həmçinin də hamıya bəllidir ki, Blumberq öz iş yerinə ictimai nəqliyyatda gəlməkdən heç də çəkinmir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.