7 C
Baku
Thursday, December 12, 2024

Forbes. “Amazon”un sahibinin sərmayə qoyduğu 15 şirkət

İqtisadiyyat jurnalı “Forbes”in 2018-ci ilin oktyabr ayının məlumatına görə,”Amazon”un sahibi Ceff Bezos 160 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin insanlarından biridir. Bezos, həmçinin sahib olduğu digər şirkətlərlə fərqli sahələrə investisiya edir. Onun investisiya üçün istifadə etdiyi şirkətləri isə belədir: “Bezos Expeditions” (investisiya şirkəti),“Nash Holdings” (özünə aid fərdi şirkət) və “Bezos Ailə Vəqfi”dir.

Bezos “EverFi”yə 2017-ci ilin aprelində 160 milyon dollar investisiya edib. Təhsil texnologiyası sahəsində çalışan “EverFi” maliyyə təhsili, duyğusal və sosial öyrənmə ilə STEM sahəsində fokuslanıb.

General Assembly

Bezos 2011-ci ildə “General Assembly”ə 4,5 milyon dollar investisiya edib. Həmin vaxt bu sahə əslində birgə müəssisə olaraq fəaliyyət göstərirdi. “General Assembly” növbəti dövrlərdə isə onlayn və kurs təhsili verən platformaya çevrildi. Hazırda platformadan dünyanın 20 nöqtəsində istifadə əlçatandır. O texnologiya və dizayn sahəsində karyeralarını inkişaf etdirmək istəyənlərə kömək olur.

MakerBot

Milyarder 2011-ci ildə “MarketBot”a 10 milyon dollar investisiya edib. İnvestisiya 3D nəşrləri xalqa açıq edib. Platforma vasitəsilə, istehlakçılar 3D nəşrlərə daha asan əlçatacaq. Adıçəkilən şirkət eyni xidmətləri verən “Stratasys” tərəfindən alınıb.

NextDoor

NextDoor dəvətlə işləyən pulsuz sosial media tətbiqidir. İnsanlara yaxınlardakı təhlükəsizlik, iş fürsətləri, itən ey heyvanları və yerli siyasət kimi mövzularda xəbərləşməsinə kömək olur. O, adıçəkilən şirkətə digər bir investor David Sze ilə investisiya edib. Bezos, bu şirkətə investisiyanı isə “Bezos Expeditions” vasitəsilə həyata keçirib. Platforma bu günə qədər 285 milyon dollar investisiya toplayıb.

Plenty

“Bezos Expeditions” 2017-ci ilin iyulunda kənd təsərrüfatı texnologiyası təşəbbüsü olan “Plenty”ə 200 milyon dollar investisiya edib. “Plenty” bitkiləri həşərat dərmanı və GMO-suz bir şəraitdə inkişaf etdirmək üçün çalışan kənd təsərrüfatı texnologiya şirkətidir. Yeni təşəbbüsün topladığı investisiyanın həcmi 226 milyon dollardır.

Airbnb

“Airbnb” 191 ölkə və 81 000 şəhərdə beş milyondan çox evi paylaşan şirkətdir. Bezos “Airbnb”yə 112 milyon dollar investisiya edib və şirkətin bu günə qədər aldığı investisiyanın həcmi 4,4 milyard dollardan çoxdur.

Grail

“Bezos Expeditions” “Grail”ə 2016-cı ildə 100 milyon dollar investisiya edib. “Grail” xərçəng xəstəliyinin daha tez diaqnoz edilməsi üçün çalışan biotexnologiya şirkətidir. Şirkət 3 investisiya mərhələsində 1,6 milyard dollar sərmayəyə çatıb.

Juno Therapeutics

“Juno Therapeutics” xərçəngin müalicəsi üçün immunterapiya (insanın öz orqanizmi və müdafiə sistemlərindən istifadə edərək xərçənglə mübarizə aparma üsuludur) yaradan təşəbbüsdür. “Bezos Expeditions” bu şirkətə 134 milyon dollar investisiya edib. 2018-ci ilin yanvarında dərman şirkəti “Celgene” tərəfindən 9 milyard dollara alınıb.

Mark43

“Bezos Expeditions” C seriyasında olan investisiya mərhələsində “Mark43”ə 38 milyon dollar investisiya edib. Təşəbbüs 2012-ci ildə qurulub və ictimai təhlükəsizlik proqramı istehsal edir.

Fundbox

“Fundbox” fintech təşəbbüsüdür. Şirkət kiçik və orta sahibkarlığın inkişafı üçün çalışır, onların daha asan, ucuz, sürətli, şəffaf şəkildə kreditə əlçatanlığına kömək olur. “Bezos Expeditions” və “Spark Capital Growth” C seriyasının investisiya mərhələsində şirkətə 50 milyon dolar investisiya edib.

Lookout

“Bezos Expeditions” kiber təhlükəsizlik təşəbbüsü olan “Lookout”a 2014-cü ildə 150 milyon dollar investisiya edib. Təşəbbüs böyük şirkətlərə və son istifadəçilərə kiber təhlükəsizlik xidməti verir. Son istifadəçilər şəxsi telefonlarından bu xidməti əldə edə bilər. Təşəbbüs 8 mərhələdə ümumilikdə 280 milyon dollardan çox investisiya alıb.

Uber

2018-ci ilin avqustunda “Uber” 72 milyar dollarlıq dəyərə çatıb. “Uber” bunu sözsüz ki, “Toyota”, “SoftBank” və “Morgan Stanley” kimi investorlardan aldığı fondlara borcludur. Bezos 2011-ci ildə B seriyasında olan investisiya mərhələsində “Uber”ə 37 milyon dollar investisiya edib.

Domo

Bezos 2013-cü ildə “Domo”ya 60 milyon dollarlıq investisiya edib. Təşəbbüs CEO-lara öz bizneslərini “ağıllı” telefon üzərindən idarə etməyə kömək olur.

Breakthrough Energy Ventures

Bezos və milyarder dostlarının bəziləri dünyanı pulları ilə qurtarmaq üçün “Breathrough Energy Ventures” vasitəsilə bir araya gəlib.

Mindstrong Health

“Bezos Expeditions” “Mindstrong Health” 2018-ci ilin B seriyasından olan investisiya mərhələsində 15 milyon dollar sərmayə qoyub. Platforma müəyyən bir məşhurluğa çatıb. Hətta bəzi mənbələrdə ona “depresiyaya daxil olacağınızı sizdən öncə bilən “ağıllı” telefon tətbiqi kimi adlandırılır.

Mənbə: DigitalAge, Facemark tərcümə edib

Son xəbərlər
Digər xəbərlər