2 C
Baku
Sunday, December 15, 2024

Forbes: Artan kriptovalyuta və dövlət borcu ABŞ valyutasının sabitliyini təhdid edir

Kriptovalyutaya kapital axını və ABŞ-nin dövlət borcunun həcminin görünməmiş artım tempi borc spiralı yaradır və bu, “dollar aktivlərinin” və ABŞ maliyyə sisteminin sabitliyini təhdid edir.

Bu barədə “Forbes” jurnalı ekspertlərin rəyinə istinadən məlumat yayıb.

“ABŞ-nin dövlət borcunun hər 100 gündə 1 trilyon dollar artır. Ona görə də “borc amortizasiyası” sövdələşmələrinin tarixi maksimumlarda bağlanması heç təəccüblü deyil. Məsələn, qızılın unsiyası 2077 dollaradır, bitkoin üçün 67,734 dollar tələb olunur” – jurnal “Bank of America”nın idarəedici direktoru və baş investisiya strateqi Maykl Harnettdən sitat gətirib.

Analitik həmçinin qeyd edib ki, o, ABŞ dollarının qismən çöküşü ilə əlaqədar 2024-cü ildə Bitcoin ETF-lərində çarpıcı artım gözləyir: “Bununla dövlət borcunun yüksək artım tempi likvidliyin “dollar aktivlərindən” kriptovalyuta və qızıla axmasına səbəb olan özünütəmin edən borc spiralı prosesi yaranır”.

“Forbes” həmçinin artan milli borcun ABŞ-ı 2025-ci ildə maliyyə böhranına sürükləyə və ABŞ-ın növbəti administrasiyasının işini poza biləcəyini iddia edən Uorton Biznes Məktəbinin professoru Jooa Qomeşi fikrinə də istinad edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər