16 C
Baku
Friday, May 3, 2024

Forbes Bill Gates-i 22-ci dəfə lider etdi

Bill Gates Forbes jurnalının versiyasına əsasən ən varlı amerikalı elan edildi. Microsoft rəhbəri artıq 22-ci dəfədir reytinqdə ilk pilləni tutur. Onun sahib olduğu sərvət isə 76 milyard dollar olaraq qiymətləndirilir. 

Bill Gates-in dostu, Berkshire Hathaway holdinqinin rəhbəri Warren Buffet isə 62 milyard dollarla ikinci pillədə yer alıb. Üçüncü pillənin sahibi isə 47,5 milyard dollarla Oracle şirkətinin yaradıcısı Larry Ellison oldu.

İllik reytinqin TOP-10-luğuna bu il ilk olaraq Amazon.com şirkətinin icraçı direktoru Ceff Bezos və Mark Tsugerberq daxil ola bilib.

Qeyd edək ki, reytinq Amerikanın 400 ən varlı şəxsini əhatə edir və 400 ən varlı amerikalının sahib olduğu sərvət ümumilikdə 2,34 trilyon dollar təşkil edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər