16 C
Baku
Sunday, May 26, 2024

Forbes biznes üçün ən yaxşı ölkələri elan etdi

Forbes jurnalı hər il təşkil etdiyi biznes üçün ən yaxşı ölkələr reytinqini yenidən təşkil etdi. Siyahıda 145 dövlət yer almışdır ki, bu ölkələr 11 kriteriya üzrə qiymətləndirilmişdir. Bu kriteriyalara vergilər, rüşvətxorluq səviyyəsi, sahibkarlığın qorunması və investisiyalar, texnologiyanın inkişafı, innovasiyaların yaradılması, ticarət sərbəstliyi, pul siyasəti və s.lər daxil idi.

Bu il biznes üçün ən yaxşı ölkə olaraq İrlandiya seçilmişdir. Qeyd edək ki, ölkə 5 pillə irəliləmişdir və keçən ilki lider Zellandiyanı geridə qoymuşdur. Zellandiyada bu il ikinci pillədə yer almışdır. Üçüncü pillədə Honq Konq, dördüncü və beşinci pillədə isə Danimarka və İsveçrə yer almışdır.

Bundan əlavə, Polşa 39, Macarıstan 47, Slovakiya 48, Ruminya 51, Moldova 88, Rusiya isə 91-ci pillədə yer almışdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər