12 C
Baku
Sunday, October 27, 2024

Forbes: Çin partlayıcı maddələrin hazırlanmasında ABŞ-ı qabaqlayıb

Çin güclü partlayıcı maddələr yaratmağa müvəffəq olub və partlayıcı maddələrin istehsalı üçün əsas inqrediyent ixracatçısına çevrilib.

Nəşrin jurnalistləri qeyd edib ki, ABŞ standart nümunələrdən 40% daha güclü partlayıcı maddələr hazırlamağa çalışırdı. Lakin SSRİ-nin dağılması ilə belə bir layihəyə ehtiyac olmadı. Amerikalı mütəxəssislər CL-20 partlayıcısını təkmilləşdirməmək və onun istifadə oluna biləcəyi silahların hazırlanmasına sərmayə qoymamaq qərarına gəldilər.

Lakin, Çin bu layihədə perspektiv görüb. Qeyd olunub ki, raketlərinin bəzilərində yanacaq kimi Çinin ilk dəfə 2011-ci ildə qəbul etdiyi və hazırda sənaye miqyasında istehsal etdiyi CL-20 növlərindən biri istifadə olunur.

Qeyri-kommersiya tədqiqat təşkilatı olan “Enerji Texnologiyaları Mərkəzi”nin rəhbəri Bob Kavetski bildirib ki, problemin yeganə həlli Vaşinqtona eyni öldürücü qüvvə ilə daha kiçik raketlər hazırlamağa imkan verəcək yeni enerji materiallarının yaradılmasıdır.

Xatırladaq ki, “Bloomberg” ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinə istinadən yazıb ki, Çin hipersəs silahlarının hazırlanmasında Rusiyanı qabaqlayır və ola bilər ki, artıq Sakit Okeanda Amerika bazalarını vura bilən silahlar yaradıb.

Son xəbərlər
Digər xəbərlər