26 C
Baku
Saturday, July 27, 2024

Forbes Donald Trampı ABŞ-ın ən varlı adamlarının siyahısına salmayıb

ABŞ-ın keçmiş prezidenti və milyarder Donald Tramp son üç ildə ikinci dəfə “Forbes” jurnalının Amerikanın 400 ən varlı sakini siyahısına daxil edilməyib.

Keçmiş Amerika liderinin sərvəti ötən illə müqayisədə 600 milyon dollar azalaraq 2,6 milyard dollar olub. Beləliklə, Trampın 400 ən varlı amerikalının siyahısına düşmək üçün təxminən 300 milyon dolları çatmayıb.

“Forbes”in məlumatına görə, Trampın maliyyə itkilərinin əsas səbəbi “Truth Social” sosial şəbəkəsidir. Şirkətin 90%-nə sahib olan keçmiş Amerika lideri 2021-ci ilin payızında sosial şəbəkə istifadəyə verildiyi zaman xeyli sayda amerikalının qeydiyyatdan keçəcəyinə ümid edirdi, lakin indiyədək şəbəkə istifadəçilərinin sayı cəmi 6,5 milyon nəfərə çatıb.

Buna görə də sosial şəbəkənin ilkin təxmini dəyəri 730 milyon dollardan 100 milyon dollardan aşağı düşüb.

Bundan əlavə, Trampın sərvətinin azalmasının digər səbəbi onun kommersiya məqsədli daşınmaz əmlakının dəyərdən düşməsidir. Nəşr hesab edir ki, Trampa tam və ya qismən məxsus olan ofis binalarının dəyəri 170 milyon dollar azalıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər