“Forbes” dünyanın ən gənc milyarderləri arasında yeni lideri açıqladı

“Forbes” jurnalının verdiyi məlumata görə, 2021-ci ilin ən gənc milyarderi 18 yaşlı Kevin David Lehmanndır.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Onun sərvəti 3.3 milyard dollar dəyərində qiymətləndirilir.

Lehmann atasının sahib olduğu “Drogerie Markt” apteklər şəbəkəsinin səhmlərinin 50%-ni rəsmi olaraq miras aldıqdan sonra bu sıralamada birinci yeri tutub. Qeyd edək ki, Günter Lehmann oğlu hələ 14 yaşında ikən pay ayırıb.

Keçən il dünyanın ən gənc milyarderi Kardaşyan-Cenner ailəsinin üzvü Kayli Cenner olmuşdur. Lakin 2020-ci ilin yayında “Forbes” yeni məlumatları nəzərə alaraq, onu milyarder statusundan məhrum etmişdir. Bu il Kayli dünyanın ən gənc milyarderləri siyahısına daxil deyil.

“Forbes” reytinqində ən gənc “self-made” milyarder 26 yaşlı yaradıcı və pilotsuz avtomobillər istehsal edən şirkətin rəhbəri Ostin Rasselldir. O, startapını 17 yaşında ikən qurub və keçən il “SPAC” (Special Purpose Acquisition Company) şirkəti ilə birləşərək “Nasdaq” birjasında çıxıb. Birjaya çıxandan sonra şirkətin dəyəri 3 milyard dolları keçib.

Yaşı 30-dan aşağı olan milyarderlərin sırasına həmçinin “DoorDash” startapının həmtəsisçiləri Endir Fanq və Stenli Tan daxil olub. Onların hər birinin sərvəti təxminən 2 milyard dollar dəyərində qiymətləndirilir. “DoorDash” 2013-cü ildə yaradılıb, 2020-ci ilin sonunda isə IPO keçirib. Birjaya çıxdıqdan iki gün sonra şirkətin kapitallaşması 72 milyard dollara yüksəlib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.