Forbes dünyanın ən yaxşı işəgötürənlər siyahısını dərc edib

0
Googlepleks (Foto: Brooks Kraft LLC/Corbis via Getty Images)

Amerika maliyyə-iqtisadi jurnalı Forbes dünyanın ən yaxşı işəgötürənlərinin ənənəvi sıralamasını nəşr edib.

Bu nüfuzlu siyahının TOP-500-də birinci yeri tutan Alphabet Inc (ABŞ) holdinqidir. Xatırladaq ki,məhz bu holdinq Google-a sahibdir. Banker.az  «Qazeta.ru»-ya istinadən xəbər verir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

İkinci yeri Microsoft tutur. Üçüncü yerdə isə Apple şirkətidir. Beşliyə  Walt Disneyin multimediya imperiyası, habelə internet vasitəsi ilə mal və xidmət satanların dövriyyəsi baxımından dünyanın ən böyük şirkəti Amazon daxil olub.

Dünyanın 500 ən yaxşı işəgötürənlər siyahısında yalnız 5 Rusiya şirkətinin olması təəcüblüdür. Qiymətləndirmə nümayəndələrinin əksəriyyəti ABŞ-ın işəgötürənləridir.