23 C
Baku
Sunday, October 6, 2024

Forbes dünyanın ən bahalı idman klublarını təyin etdi

Forbes jurnalı Milli Futbol Liqasının “Dallas Cowboys” klubunu dünyanın ən bahalı idman klubu elan etdi. Əvvəllər isə bu statusa malik klub İspaniyanın “Real Madrid” futbol klubu idi. Bundan öncəki reytinq iyul ayında nəşr edilmişdi.

Forbes o zaman “Real Madrid” klubunu 3,26 milyard dollar olaraq qiymətləndirmişdi. Hazırda isə “Dallas” klubu jurnalın versiyasına görə 4 milyard dollar dəyərə malikdir. Milli Futbol Liqasının digər nümayəndəsi “New England Patriots” klubu 3-cü, Milli Beysbol Liqasının “New York Yankees” klubu isə 4-cü pillədə qərarlaşıb (hər iki klub 3,2 milyard dollar olaraq qiymətləndirilir). Reytinqin ilk beşliyini isə İspaniyanın “Barselona” klubu (3,16 milyard dollar) tamamlayır.

Son xəbərlər
Digər xəbərlər