18 C
Baku
Tuesday, April 23, 2024

Forbes dünyanın ən nüfuzlu qadınları açıqladı

Almaniya Kansleri Angela Merkel “Forbes” jurnalı tərəfindən tərtib edilən dünyanın ən nüfuzlu qadınları reytinqində birinci yeri tutub.

TASS-a istinadən, bu barədə jurnalın elektron versiyasında məlumat verilib.

Reytinqdə, ümumilikdə, 100 ad var.

A.Merkel ardıcıl səkkizinci dəfə reytinqin ilk pilləsində qərarlaşıb. Ümumilikdə, Almaniya kansleri bu ada 13 dəfə layiq görülüb.

İkinci yerdə Böyük Britaniyanın Baş naziri Tereza Mey, üçüncü sırada isə Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard qərarlaşıb.

İlk beşlikdə həmçinin “General Motors” avtomobil korporasiyasının prezidenti Meri Barra və ABŞ-ın “Fidelity Investments” maliyyə korporasiyasının rəhbəri Abiqeyl Conson yer alıb.

Amerikalı müğənni Beyonse “Forbes”un reytinqində 50-ci sıranı tutub.

Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər